“Sariban”la peşə və əyləncə

“Bakı Abadlıq Xidməti”nin dəstəyi ilə Balaxanıda yaradılan Sariban Peşə İnkişaf Mərkəzi daha sonra fəaliyyətini genişləndirərək abadlaşdırılmış digər qəsəbələrdə də yeni mərkəzlər açdı. Layihənin əsas məqsədi qadınlara və uşaqlara müxtəlif peşələri öyrətmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
Qısa müddət ərzində təşəbbüs rəğbət qazandı. Hazırda inkişaf mərkəzi fəaliyyəti ilə yeni mərhələyə qədəm qoyub. “İçərişəhər”də yeni filialı fəaliyyətə başlayan “Sariban” artıq yalnız tədris mərkəzi deyil, eyni zamanda vaxtın səmərəli keçirilməsi üçün cəlbedici məkana çevrilib. Azərbaycan sənəti və mədəniyyəti “İçərişəhər”i ziyarət edən həm yerli, həm də xarici turistlərə tanıdılır.