Əmircanda abadlıq

07 April, 2025 13:04

2020-ci ildən etibarən “Bakı Abadlıq Xidməti” paytaxtın tarixi məkanlarından olan Əmircan kəndində abadlıq və bərpa işləri həyata keçirir. Layihə çərçivəsində tarixi siması qorunmaqla kənddə bir sıra mühüm layihələr icra edilib. Abidələr bərpa olunub, parklar abadlaşdırılıb, kommunikasiya xətləri yenilənib. Yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi, küçə fasadlarının rənglənməsi işləri davam edir.


Növbəti mərhələdə gölün ətrafında yeni bulvarın salınması, yaşıllıq zolaqlarının genişləndirilməsi, sutəmizləyici qurğunun tikintisinə start verilib. “Bakı Abadlıq Xidməti” ilə bərabər Əmircan sakinləri də bu prosesdə fəal iştirak edərək doğma kəndlərinin bərpasına və abadlaşdırılmasına öz töhfələrini verirlər.

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR