Gəncənin 120 yaşlı eyvanları “gəncləşib”
Bakı Abadlıq Xidmətinin tarixi şəhərimizdə apardığı əsaslı təmir-tikinti prosesi zamanı ən xırda detallar belə nəzərdən qaçmır. Haqqında danışacağımız şəhər memarlığına xüsusi rəng qatan ənənəvi elementlər - tarixi darvazalar və qapılar, eyvanlar və pəncərələrdir.
Gəncənin tarixi məhəllələrindəki 19-cu əsrə aid binaların fasadlarında belə elementlər az deyil. Bugunə qədər 3 tarixi taxta qapı, 1 taxta darvaza ve 2 taxta eyvan əsaslı şəkildə bərpa olunub.
Bərpa zamanı binalardakı orijinal pəncərələrin taxta çərçivələri təmizlənərək bərkidilib. Köhnə, catlamış şüşələr yenilərilə əvəz olunub. Taxta qapılar işlək olduqlarına gorə onların da bərkidilməsinə ehtiyac vardı. Qapıların petlələri, cəftələri ve diger elementləri bərpa olunub. Bəzi catışmayan detalların surətləri hazırlanıb. Qapıların üzəri cox saylı rəng laylarından təmizlənib, catlar və çürüklər doldurularaq yenidən rənglənib.
Binaların birindəki köhnə taxta darvazada da eyni bərpa işləri aparılıb. Darvaza tam restavrasiya olunub.
Gəncənin tarixi simasına xüsusi gözəllik verən qədim eyvanlardır ki, onlardan da ikisi tamamilə bərpa olunub, bir eyvanınsa rəngi yenilənib.
Həmin iki baglı taxta eyvanın şüşəbəndləri möhkəmləndirilib, ehtiyac olan yerlərə şüşə salınıb. Taxtaların üst səthi təmizlənib, mövcud butun problemlər həll olunub. Mütəxəssislər taxtaları xüsusi maddələrlə emal etdikdən sonra yenidən rəngləyərək təhvil veriblər.
Xatırladaq ki, tarixin izini yaşadan qədim taxta memarlıq elementlərinin təmiri asan məsələ deyil. İxtisaslı ustaların məharəti və işə olan sevgisi nəticəsində şəhərin əsl siması addım-addım bərpa olunur.
.jpeg)


1.jpeg)
.jpeg)

