"Green Garden" mətbəxində dadlı eksperimentlər...
"Garden Market" yutub platformasında yeni mətbəx layihəsi fəaliyyətə başladı. Bu layihə digər yemək videolarından fərqlənir. Aparıcı-bloqerlər “Garden Market”in ekoloji təmiz və xüsusi seçilmiş məhsulları əsasında orijinal kulinariya eksperimentləri aparır.
Laçının bərəkətli torpaqlarından gələn orqanik məhsullar, müxtəlif bitkilər, xüsusi hazırlanmış təbii yağlar, təzə tərəvəzlər mətbəximizdə yeni reseptlərə çevriləcək. Yeməklər, şirniyyatlar, bitki çayları, faydalı içkilər… Hər buraxılışda sağlamlıq ön planda olacaq.
Layihənin ilk buraxılışında "Garden Market" məhsullarından olan ətirli bibəriyyə ilə ət qovurması hazırlandı. Ardınca isə bibəriyyə çayı dəmləndi.
Bir sözlə, layihə vasitəsilə təbiətin süfrəyə gətirdiyi möcüzələr nümayiş etdiriləcək.
İzləyicilər sağlam və təbii məhsullarla hazırlanan yeməklərin xüsusi reseptlərini öyrənəcək və ev şəraitində asanlıqla tətbiq edilən faydalı mətbəx ideyaları əldə edəcəklər.
İlk buraxılışı izləmək üçün "video" düyməsinə klik edin.




