Azərbaycan, Türkiyə və Pakistan liderləri sərgidə

28 May, 2025 23:05

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərindəki “Seyrəngah”da Aqro-sənaye parkının sərgisi ilə tanış oldular.

Mayın 27-də daha iki yeni fabriki fəaliyyətə başlayan, 170 laçınlının işlə təmin olunduğu Aqro-sənaye parkının bütün müəssisələri sərgidə təmsil olundu.


Prezident İlham Əliyevin iki il öncə Laçına köçən ilk sakinlərə evlərinin açarlarını təqdim etdiyi “Seyrəngah”da təşkil edilmiş sərgi 28 May - Müstəqillik Gününə həsr edilib.

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR