Bakı Abadlıq Xidmətindən yeni vakansiya

06 July, 2025 15:07

Bakı Abadlıq Xidməti şəhər və qəsəbələrin abadlaşdırılması istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. Bu isə iş yerlərinin açılması, peşəkar mütəxəssislərin yeni layihələrə cəlb edilməsi deməkdir.

Hazırda Bakı Abadlıq Xidməti “İllüstrator” vəzifəsi üzrə vakansiya elan edib. Bu vəzifə yaradıcı düşüncəyə sahib, vizual zövqü yüksək və qrafik dizayn proqramlarında işləmək bacarığı olan mütəxəssislər üçün xüsusi imkanlar yaradır. Vakansiyaya müraciət edən namizədin naxışlar, ornamentlərlə bağlı milli tərzi bilməsi və forma-kompozisiya bilgilərinə sahib olması vacibdir.

Müraciət üçün abadliq.az saytının “Vakansiyalar” bölməsinə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. Yaradıcı və peşəkar mühitdə işləmək istəyirsinizsə, bu fürsət sizin üçündür.    

CV-lərinizi f.shikhaliyeva@bms.az mail ünvanına göndərə bilərsiniz.  

 

VAKANSİYA

ƏN ÇOX OXUNANLAR