PORTFOLİO

Layihələr

Xaqani bağı

Bağın ən qədim sakinləri 4 ədəd tikanlı akasiyadır. Onların təxminən 60-70 yaşı olar. Rekonstruksiyadan əvvəl bağda sərv, at şabalıdı, cökə, xan çinarı, paxlalı akasiya və s. ağaclar olub. Liqustrumun kol və ağac formaları, eldar şamı, kiçik sərv ağacları, xurma palması (phoenix), yukka, azaliya, vaşinqton palmaları, iki cür (ağ və çəhrayı çiçəkli) maqnoliya, pittosprum nano, şümşad (buxus) bitkiləri isə 2009-cu ildəki rekonstruksiya zamanı əkilib. Mövsümi güllərdən isə bağa novruzçiçəyi (primula), bənövşə (viola), siklamen və s. əkilir. Ot örtüyünə gəlincə bağın yarısı Niderland, digər yarısı isə Kanada sortu olan qazonla örtülüb. Bağda meyvə verən ağaclardan isə yapon əzgili (eriobotrya japonica) və Qırmızı tubulqa (Pyracantha coccinea) var.

Parkın sahəsi 8 550 m², qazon sahəsi 4 510 m², ağacların sayı 216, Kolluqların sayı 373, fəvvarələrin sayı 1, gül dibçəklərinin sayı 10, Skamyaların sayı 53, zibil qablarının sayı 26, işıq dirəklərinin sayı 51