PORTFOLİO

Layihələr

Səməd Vurğun, 21

Tağıyev qardaşlarının yaşayış evi məhəllənin geniş sahəsini tutur, Bakının tarixi mərkəzinin ətraf tikililəri arasında arxitektur-planlaşdırma mütəşəkkilliyi ilə seçilir, burada bina həcmi-fəza strukturuna görə üstünlük təşkil edir. Üçoxlu kompozisiya sistemi rizalitlərlə, mərkəzdə isə erkerlə qeyd edilmişdir. Dərin çıxıntılı hörgüsü və birinci mərtəbədə olan mağaza vitrinlərinin böyük oyuqları ilə sərbəst Bakı təfsirində olan klassik forma və üsullar baş fasadın həllinin əsasını təşkil edir. Burada memarlıq plastikası özünəməxsus təfsirdədir və pəncərə oyuqlarının səlis ahəngliyi eklektika dövrünün memarlıq abidəsi olan yaşayış evinin üslub istiqamətini əks etdirir.