PORTFOLİO

Layihələr

N.Nərimanov adına park

Yasamal rayonu, Nərimanov prospekti və M.Müşfiq küçəsinin kəsişməsində yerləşən parkda Azərbaycanın görkəmli siyasi və ictimai xadimi Nəriman Nərimanovun heykəli ucalır. Heykəltəraşı Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdı, memarları T.Abdullayev, Y.Qədimov olan abidənin açılışı 1972-cı ildə olub. Nərimanov adına park yerli sakinlərin sevimli istirahət yerlərindən biridir.