PORTFOLİO
Layihələr

Motsart bağı
Dahi Avstriya bəstəkarı V.A. Motsartın heykəlinin açılışı 2011-ci ildə olub. Heykəl İnşaatçılar prospektindəki parkda yerləşir. Abidənin ətrafı abadlaşdırılıb, 2500 m2 ərazidə bağ salınıb, istirahət üçün hər cür şərait yaradılıb. Bu gözəl bağ sakinlərin və qonaqların gözünü oxşamaqla yanaşı, fəvvarə ətrafında dairəvi skamyada oturub şəhərin səs-küyündən dincəlmək istəyənlər üçün əla məkandır.