PORTFOLİO

Layihələr

Milli Konservatoriyanın yanındakı park

Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığındakı park 4 iyun 2015-ci ildə salınıb. Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb. Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin yaxınlığında yerləşən bu müasir istirahət məkanının özəlliyini artıran məqamlardan biri də odur ki, burada klassik musiqilər səsləndirilir. Bu da parka gələnlər üçün əlavə mənəvi istirahət imkanı yaradır.