PORTFOLİO
Layihələr

M.Hüseynzadə adına park
Sovet İttifaqı Qəhrəmanı partizan Mehdi Hüseynzadənin heykəli 1973-cü ildə Tbilisi prospekti və Bakıxanov küçələrinin kəsişməsində yerləşən skverdə ucaldılıb. Heykəltəraş, Mehdi Hüseynzadəni əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir edib. Heykəldə partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri işlənilib. Abidənin heykəltəraşı Azərbaycan SSR Xalq Artisti Fuad Əbdürrəhmanov, memar isə SSRİ xalq memarı Mikayıl Useynovdur. Gözoşayan skver bir neçə müddət əvvəl restavrasiya edildikdən sonra sakinlər arasında daha da məşhurlaşdı.