PORTFOLİO

Layihələr

İslam Səfərli, 26

Bu yaşayış evi şəhər tikintisinin xarakterini və ritmini müəyyən edən, Bakının şəhərsalma strukturunun əsas elementləri olan tikililərdən biridir. Qeyri-order arxitekturası sistemində həll olunmuş bu bina plastik formaları və ifadəli detalları ilə şəhərin tarixi mərkəzinin məhz memarlıq irsinin funksiyalarını daşıyan və kapitalizm dövrü arxitekturasının abidələrindən olan tikililərinin özəyinə daxildir.