PORTFOLİO
Layihələr

Əhməd Cavad, 18
Həcmi və arxitektur şərhi sayəsində üçmərtəbəli yaşayış evi şəhərin tarixi məhəllələrinin sisteminə aktiv bədii vahid kimi daxil olmuşdur. Klassik formalarda inşa olunaraq, öz dövrünü, xüsusilə də Bakı şəhərinin iqlim və məişət şəraitini nəzərə almaqla onun yaşayış tikintisinin xüsusiyyətlərini əks etdirir. Üçoxlu kompozisiya sisteminə malik fasad iki yuxarı mərtəbədə yanlardan binanın ümumi tektonik strukturuna uğurla daxil olan erkerlərlə möhkəmləndirilmişdir. Küçənin tikintisinin formalaşdığı zaman buraya gözəl mənzərə və siluetlik bəxş edən fasadın həcm cəhətdən bu cür həlli üsulu onun müsbət tərəflərini üzə çıxarmışdır. Bu yaşayış evi memarlıq abidəsidir.