PORTFOLİO
Layihələr

Heydər Əliyev Mərkəzinin parkı
Müasir Bakının rəmzlərindən biri məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi hesab olunur. Kompleksə mərkəzin binasından əlavə 13,58 ha park daxildir. Onun 7,5 hektarı qazon sahəsidir. Heydər Əliyev Mərkəzinin ətrafındakı gözoxşayan ərazidə 200-dən çox ağac və 7000 kol əkilib, landşafta mükəmməl uyğunlaşan 2 dekorativ hovuz və süni göl var.