PORTFOLİO

Layihələr

Güllər parkı

Güllər parkı Bakının ən gözəl parklarından biridir. Burada çinar, zeytun, cırtdan küknar, himalay sidri, xurma palması (phoenix), akasiya və s. ağaclar var. Güllər parkında həmçinin fotiniya, ardıc, şümşad, ərsin, pittosporum, ionimus, maqnoliya, yapon ağcaqayını, adi sərv, pirkal, liqustrum, leylandi sərvi, Şərq tuyası, azaliya, qaraçöhrə (taxus), leqistramina və digər bitkilər mövcuddur. Bu kiçik sahədə dekorativ alça, nar, əzgil, limon kimi meyvə ağacları da əkilib.

Hər gün səhər saatlarından parkın skamyaları Bakı Abadlıq Xidmətinin əməkdaşları tərəfindən silinir, ərazi xüsusi texnika ilə yuyulur, maşının daxil ola bilmədiyi yerlər süpürülür. Bundan sonra qazon sahələrindəki, bitkilərin arasındakı yarpaqlar və bitki qalıqları təmizlənir. Saat 10-dan sonra bitkilərin suvarılmasına, daha sonra fontana qulluq başlanır. Ərazidəki qazon həftədə bir dəfə biçilir. Parka döşənən daş plitələr qırıldıqda, müxtəlif ölçülü işıq dirəklərində nasazlıq yarandıqda parkın xüsusi briqadası tərəfindən təmir işləri aparılır. Parkdakı qazon sahəsi 2 700 m², ağacların sayı 442, kolluqların sayı 1 161, skamyaların sayı 14, zibil qablarının sayı 10, işıq dirəklərinin sayı 72.