PORTFOLİO
Layihələr

Fikrət Əmirov adına park
Görkəmli bəstəkar Fikrət Əmirovun abidəsi onun adını daşıyan küçədəki kiçik bağda ucaldılıb. Abidənin açılışı 2011-ci il sentyabrın 19-da baş tutub. Müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin ümumi hündürlüyü 3, 6 metrdir. Abidənin ətrafında park salınmış, abadlıq işləri aparılıb. Parkda çoxlu sayda ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, burada istirahət üçün lazımi şərait yaradılıb.