PORTFOLİO
Layihələr

Fəvvarələr meydanı
2010-cu ildə Bakının ən gözəl istirahət məkanlarından biri - Fəvvarələr meydanı əsaslı bərpa və yenidənqurma işləri görüldü. Meydandakı fəvvarə, pavilyon və köşklər yenidən qurulmuş, bitki örtüyü olduğu kimi qorunub saxlanılmış, yenidənqurma nəticəsində yaşıllıq zolağının sahəsi artırılmışdı.
Fəvvarələr meydanı salınandan sonra ilk dəfədir burada bu miqyasda abadlıq və yenidənqurma işləri aparılmışdı. Yüksək keyfiyyətlə aparılmış yenidənqurma prosesində Bakının tarixi, onun keçmişi ilə sıx bağlı olan bu ərazinin bədii tərtibatına xüsusi diqqət yetirilmişdi. Ümumi struktur saxlanılmış, bununla belə, yeni planlaşdırma işləri aparılmışdı. Burada gözəlliyi ilə diqqəti çəkən yeni fəvvarə tikilmişdi. Onun arxasındakı memarlıq kompozisiyası isə həm dizaynına, həm də koloritinə görə köhnə Bakı elementlərini özündə cəmləşdirməsi ilə diqqəti çəkir. Parkın sahəsi 44 315 m², qazon sahəsi 8 700 m², ağacların sayı 663, kolluqların sayı 949, fəvvarələrin sayı 6, gül dibçəklərinin sayı 153, skamyaların sayı 257, zibil qablarının sayı 170, işıq dirəklərinin sayı 164-dür.