PORTFOLİO

Layihələr

Bakı Konqres Mərkəzinin qarşısındakı park

Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb. Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi bu istirahət məkanında genişmiqyaslı yaşıllıq işləri həyata keçirilib. Parkda 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növləri var. Bu məkanın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əsasən İtaliyadan gətirilmiş bitki və ağaclara üstünlük verilib. Buradakı yaşıllıqların suvarılması üçün müasir drenaj sistemi yaradılıb, 20 kilometrdən çox boru-damcı suvarma və 1000-ə yaxın çiləyici vasitə quraşdırılıb. Parkın sahəsi 130 000 m², Qazon sahəsi 72 000 m², süni göllərin sayı 2-dir.