PORTFOLİO
Layihələr

Atatürk parkı
2010-cu il mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılıb. Abidənin hər iki tərəfində Azərbaycan və Türkiyə bayraqları qoyulub. Burada yaşıllıq zolaqları salınıb, çoxlu şax-budaqlı köhnə ağaclar var. Parkda tez-tez uşaqları ilə gəzməyə gələn analara rast gəlmək olar. Aclıq hiss etdikdə isə buradakı kafedə otura bilərsiniz. Parkın sonunda böyük gözəl fəvvarə də var.