PORTFOLİO

Layihələr

A.S.Puşkin adına bağ

Şəhərimizin ən romantik və xoş məkanlarından biri Ü.Hacibəyov və A.S.Puşkin küçələrinin kəsişməsində yerləşən Puşkin bağıdır. Hər il iyunun 6-sı – Puşkinin doğum günü bağdakı abidə önündə şairin xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunur. Sakinlərin xoş istirahəti üçün bağın ərazisinin təmizliyi və bitkilərinə qulluğu Bakı Abadlıq Xidməti həyata keçirir.