“Yurd” - Qarabağın ilk qalereyası işə başladı

10 June, 2025 18:06

Bakı Abadlıq Xidmətinin sənət adamlarına yeni töhfəsi “Yurd” rəsm qalereyası ilk ziyarətçilərini qəbul etdi. İyunun 4-də baş tutan açılış mərasimi əsl beynəlxalq mədəniyyət hadisəsinə çevrildi. “MDB-nin mədəniyyət paytaxtı ili” çərçivəsində keçirilən tədbirdə MDB ölkələrinin adlı-sanlı rəssamları “Birlik rəngləri” adlı sərgi ilə iştirak etdilər. Laçının füsunkar təbiətinə heyran olan qonaqlar bizim milli xalçalarımızla, həmçinin Laçına həsr olunmuş fotosərgi ilə tanış oldular.

 

Açılış mərasimində bir maraqlı aksiya da baş verdi. Laçına təşrif buyuran 9 rəssam eyni bir kətan üzərində rəsm əsəri yaratdılar. Sonra həmin əsər “Yurd” qalereyasına hədiyyə edildi. Beləliklə, “Yurd” qapılarını taybatay açdı.

 

Lap yaxın zamanda bu məkan nəinki Azərbaycanın, bütün türk dünyası rəssamlarının maraqlı görüş yerinə çevriləcək.

 

RealTV-nin Laçından hazırladığı geniş süjeti oxucularımıza təqdim edirik.

VİDEO

ƏN ÇOX OXUNANLAR