Tarixi qapılar təzələnir

Bakı Abadlıq Xidmətinin "Baku Doors" (Bakı qapıları) layihəsi çərçivəsində şəhər mərkəzindəki tarixi qapıların bərpası işi davam etdirilir.
Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyevin dediyinə görə, 18-ci əsrin axırlarında tikilmiş binanın qapısı bu günlərdə yenilənərək sakinlərə təhvil verilib. Həmin qapı üzərində 61 gün iş gedib. Qapı tam bərpa olunandan sonra öz yerinə - 28 May küçəsi 45 ünvanına aparılıb. Bina ətrafında abadlıq və yaşıllaşdırma işləri də görülüb.
Hazırda emalatxanada yenə gərgin iş gedir. 28 May küçəsi 88 ünvanında yerləşən 1912-ci ildə inşa olunmuş binanın giriş qapısı bərpa olunur.
"Baku Doors" layihəsi çərçivəsində görülən işlərlə daha yaxından tanış olmaq istəyən oxucular Bakı Abadlıq Xidmətinin İnstaqram səhifəsinə baxa bilərlər.