İzmir parkı

Şəhərin mərkəzində rahatlıq, dinclik, təmiz hava axtaranların ən sevdiyi parklardan biri İzmir parkıdır. Bu parkın özəl ab-havasını qoruyub saxlamaq üçün Bakı Abadlıq Xidmətinin əməkdaşları günboyu iş başındadırlar. Kölgəlik, sərinlik verən gövdəli ağaclara xüsusi diqqət yetirilir, bitkilər, çiçəklər, kollar isə dizayna, landşafta uyğun seçilir.