Balaxanının divar rəsmləri

04 April, 2025 00:04

5 il əvvəl Balaxanıda abadlıq işləri başlananda, kəndin divarları sadə və rəngsiz idi. Lakin "Bakı Abadlıq Xidməti" yaradıcı yanaşma ilə Balaxanını yeni görkəmə qovuşdurmaq qərarına gəldi. Bu məqsədlə kreativ ideyalar qəbul olundu, eskizlər hazırlandı və gənc rəssamlar layihəyə cəlb edildi. Nəticədə, Balaxanının divarları bir-birindən gözəl rəsmlərlə bəzədildi.


Bu rəsmlər Balaxanını digər Bakı kəndlərindən fərqləndirdi və məkana yeni ab-hava gətirdi. Balaxanı hazırda turistlərin böyük maraq göstərdiyi sevimli məkanlarından birinə çevrilib. 


Divar rəsmləri yaratmaq adi rəsm çəkməkdən daha çətin və məsuliyyətlidir. Burada xüsusi boyalardan istifadə olunur və rəsmlərin uzun müddət qorunması üçün mütəmadi nəzarət tələb olunur. "Bakı Abadlıq Xidməti" onlara daim nəzarət edir və qorunmalarına önəm verir. Hazırda sözgedən rəsmlərin əsaslı restavrasiyası aparılır. Yenidən işlənən rəsmlərə ikinci həyat verilir və Balaxanının sənət dolu mühiti daha da gözəlləşir.

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR