Bakı Abadlıq Xidməti WUF-13-ə necə hazırlaşır
BAX-ın Baku Doors (Bakı qapıları) layihəsi çərçivəsində şəhər mərkəzindəki tarixi qapıların bərpası işi davam etdirilir.
Bu, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası (WUF-13) ərəfəsində şəhərdə aparılan irimiqyaslı təmir prosesinin tərkib hissəsidir. Şəhər mərkəzindəki piyada yollarının genişləndirilməsi strategiyasına uyğun olaraq yenilən küçələrdən biri də İslam Səfərli küçəsidir. Nəzərdə tutulub ki, bu küçə Qış parkını Fəvvarələr meydanına birləşdirən piyada keçidə çevrilsin. Bu məqsədlə küçənin infrastrukturu yenilənir, tarixi memarlıq binalarının fasadları rənglənir.
Bərpaçı memar Rüfət Quliyevin dediyinə görə, Bakı Abadlıq Xidmətinin mütəxəssisləri binaların köhnə qapılarını bərpa edirlər. Küçədəki 10-dan çox tarixi binanın taxta və dəmir qapıları əvvəlcə boyalardan təmizlənir, orijinal naxış və ornamentlər bərpa olunur, qırılan hissələr yenilərilə əvəzlənir, furnituralar dəyişdirilir, şəbəkə şüşələr yenidən yığılır, binanın memarlıq ruhuna uyğun tərzdə bərpa olunur. Köhnə qapılara yeni həyat verən 4 mütəxəssis bu istiqamətdə bir ay müddətində sərasər çalışıblar. Göz nuru, əl işi ilə təmir olunan qapılar əvvəlkindən də gözəl hala gətirilib. İşlər eyni sürət və keyfiyyətlə davam etsə Bakı mərkəzi qonaqların sevimli məkanına çevriləcək.
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

