“Bakı Abadlıq Xidməti” İslamabadda layihələri uğurla davam etdirir

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri çərçivəsində fevralın 24-də Bakıda biznes-forum təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.
Forumda iştirak edən “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə məlumat verib. Qeyd edib ki, “Bakı Abadlıq Xidməti” tərəfindən İslamabadda icra olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.